Sabah cari ilin məzunlarının ilk qəbul imtahanı keçiriləcək. Bu il məzun olan abituriyentlər 1-ci və 4-cü ixtisas qrupları üzrə biliklərini sınayacaqlar. İmtahanda uğur qazanmaq üçün psixoloji hazırlıq əhəmiyyət kəsb edir. Abituriyentlər və onların valideynləri növbəti süjetimizi mütləq izləsin. Mütəxəssis məsləhətlərini təqdim edirik.
Bəzən sınaqlarda yüksək bal toplayan abituriyentlər imtahanda aşağı nəticə göstərir, hazırlıq prosesində zəif görünən tələbələr isə əksinə, yüksək bal toplayır. Bu hal bir daha sübut edir ki, abituriyenti psixoloji vəziyyəti də vacibdir.
İmtahandan əvvəlki 1-2 günü dərs oxumamaq, istirahətə sərf etmək məsləhət görülür. Məsələn, təmiz havada gəzmək, oyun oynamaq, teatra getmək, kinoya baxmaq əsəbləri sakitləşdirə bilər. Bu ərəfədə valideynlərin də övladlarına xoş münasibəti əhəmiyyət kəsb edir. Adətən imtahana gedərkən abituriyentləri xeyi sayda adam müşayət edir. Bu zaman imtahan verən şəxs özünü təzyiq altında hiss edir. Ona görə də, yalnız abituriyentin ən sevdiyi şəxs onunla imtaha getməlidir.
İmtahan prosesində abituriyentlərə əvvəlcə yaxşı bildikləri mövzulara aid sulları cavablandırmaq məsləhət görülür. Bu onlarda özünə inam hissi yaradacaq və sonrakı dəqiqələrdə də müsbət nəticə verəcək. İmtahanqabağı qidalanma da vaibdir. İmtahandan 1 gün əvvəl yuxunu qaçırdan qidalar, məsələn çay, qəhvə içmək, yağlı yeməklər yemək məsləhət görülmür. İmtahan günü isə əksinə, ayıq və gümrah olmaq üçün qəhvə və şokalad müsbət effekt verir. Ancaq həmin gün abituriyentin həddindən artıq çox və ya az yeməsi orqanizmdə narahatlıq yarada bilər. Buna görə də hər gün adət edilən formada qidalanmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB