İmtahanda 3181 abituriyentin iştirakı gözlənilir

İmtahanda 3181 abituriyentin iştirakı gözlənilir

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari ilin məzunları üçün 1-ci və 4-cü ixtisas qrupları üzrə respublikanın 11 şəhər və rayonunda ali məktəblərə qəbul imtahanı həyata keçirəcək. Gəncə və ətraf 13 rayondan olan abituriyentlər isə Gəncədəki 6 binada imtahan verəcəklər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, Gəncədə keçiriləcək imtahan üçün 3181 abituriyentin iştirakı gözlənilir. Prosesə 26 imtahan rəhbəri və 257 nəzarətçi müəllim cəlb edilib.

Xatırladaq ki, növbəti imtahan iyulun 25-i 2-ci və 3-cü ixtisas qupları üzrə təşkil olunacaq. İyulun 30-dan avqustun 1-dək isə ixtisas seçimi aparılmalıdır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə