Azərbaycan Dillər Universitetinin İngilis dilinin tərcüməsi kafedrasının müəllimləri Güllü Bayramova və Aidə Süleymanova bu yaxınlarda İspaniyanın Barselona Avtonom Universitetində (Universitat Autònoma de Barcelona/UAB) keçirilmiş "Gənc Tədqiqatçıların Tərcümə, Dilmanclıq, Mədəniyyətlərarası Tədqiqatlar və Şərqi Asiyaşünaslıq üzrə VI Beynəlxalq Simpozium"da iştirak ediblər. Universitetdən SİA-ya verilən xəbərə görə, İspaniya, Fransa, Böyük Britaniya, İtaliya, İsveç, Finlandiya, Rumıniya, Çin, Yaponiya, Türkiyə, Mərakeş və digər ölkələrdən 40-dan artıq gənc tədqiqatçıların iştirak etdiyi simpoziumda ADU-nu təmsil edən İngilis dilinin tərcüməsi kafedrasının müəllimi və dissertantı Aidə Süleymanova "Sovet ideologiyasının tərcüməyə təsiri: Azərbaycanın timsalında" mövzusunda çıxış edib. Aidə Süleymanova öz çıxışında Sovet hakimiyyəti dövründə ingilisdilli ədəbiyyat nümunələrinin tərcüməsinə tətbiq edilən senzura və qadağalardan, həmin tərcümələrdə hakim ideologiyaya uyğun yol verilən təhriflərdən, orijinaldan deyil, ikinci dil olan rus dilindən edilmiş tərcümələrin bugünkü vəziyyətindən, eləcə də bu kimi amillər nəticəsində dünya ədəbiyyatının bir çox nümunələrinin dilimizə tərcüməsi zamanı adekvatlıq prinsiplərinə əməl edilməməsindən bəhs edib.
Simpoziumun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB