İyulun 8-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 97, Çin Xalq Qurtuluş Ordusunun isə 88 ildönümünə həsr olunmuş "Beynəlxalq təhlükəsizliyin təmin olunmasında Azərbaycan və Çin Silahlı Qüvvələrinin rolu" mövzusunda elmi seminar keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov hərbi sahədə Azərbaycan və Çin arasında əməkdaşlığın inkişafı, dünyanın müxtəlif regionlarında sülhməramlı əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin iştirakı barədə məlumat verdi. O, bunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini xüsusi qeyd etdi.
ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində təhsil alan tələbələr BMT-nin sülhməramlı fəaliyyətində Çinin iştirak xüsusiyyətləri, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində ölkənin Silahlı Qüvvələrinin rolu, ordunun modernizasiyası və hərbi-sənaye kompleksinin inkişafı üzrə Çinin hərbi siyasi prioritetləri haqqında danışdılar.
Seminarda Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Lyu Xun, hərbi attaşenin köməkçisi Can, ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev iştirak edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB