TQDK-da Apelyasiya Komissiyası yaradılıb

TQDK-da Apelyasiya Komissiyası yaradılıb

2015-2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının iyulun 7-də keçirilmiş ikinci mərhələsi ilə (ixtisas fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apelyasiya Komissiyası yaradılıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Namizədlər Apelyasiya Komissiyasına 8-10 iyul tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə