BDU-nun əməkdaşları Ankarada

"Avrasiya Təhsil Araşdırmaları" jurnalının və Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə Ankarada ikinci Avrasiya təhsil araşdırmaları konfransı keçirilib. Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsindən bildiriblər ki, "Təhsildə innovasiya və professionallıq" mövzusunda keçirilən konfransda BDU-nun əməkdaşları - professor L.Qasımova, dosentlər N.İmamverdiyeva, K.Qəhrəmanova, A.Bayramova, O.Qafarova məruzələrlə çıxış ediblər.

Tədbirdə Qərbi Şotlandiya Universiteti və Təhsil Məktəbinin araşdırma direktoru, professor Rovena Murrayın mühazirəsi dinlənilib.

BDU-nun müəllimləri müzakirələrdə fəal iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə