Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lerik rayonunda 4 yeni məktəb binası tikilir. İnşasına ötən il başlanılan və hər biri 180 şagird yerlik olan Ambu, Pirəsora, Boykəndil tam orta və Əvilə kənd ümumi orta məktəbləri üçün tikilən ikimərtəbəli məktəb binalarının yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB