Cəzaçəkmə müəssisələrindəki məktəblərin tədris planları təsdiqlənib

Cəzaçəkmə müəssisələrindəki məktəblərin tədris planları təsdiqlənib

Təhsil naziri Mikayıl Cabbarov cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, cəzaçəkmə müəssisələrindəki tədris Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəbləri üçün 2015-2016-cı dərs ilinə aid tədris planları təsdiq edilib.

Nazirliyin məktəbəqədər və ümumi təhsil, İqtisadiyyat, Tədris resursları, İnformasiya şöbələrinə tapşırılıb ki, nümunəvi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılması, habelə bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin internet saytında yerləşdirilməsi təmin edilsin.


Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə