Bu gün imtahan var

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası sabah 5-ci ixtisas qrupuna , xüsusi qabiliyyət tələb edən ixtisaslara, kolleclərə qəbul imtahanları keçirəcək. Bu imtahan əvvəlki illərin məzunları, eyni zamanda təhsillərini əvvəlki illərdə başa vurmuş, lakin yekun attestasiyası aparılmamış şəxslər üçün nəzərdə tutulub. İmtahanın keçirilməsinə qısa müddət qalmasına baxmayaraq hələ də altı min abituriyent buraxılış vərəqələrini çap etməyib. Elə buna görədə komissiya onlara xəbərdarlıq da edib. Bundan əlavə sabah həm də buraxılış imtahanları da baş tutacaq.

Sabah Azərbaycanda eyni anda 3 imtahan keçiriləcək. 5 ci ixtisas qrupuna , texnikumlara qəbul və eksternat qaydada buraxılış imtahanı. Tələbə qəbulu üzrə Komissiyasından verilən məlumata görə, bu imtahanlarda ümumillikdə 30 minə yaxın abituriyent və şagird iştirak edəcək.

Təxminən 6 min nəfər buraxılış vərəqəsini çap etdirməyib. amma bunu etmək vacibdir , çünki abtiruyentlər imtahana məhz buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini gətirməlidirlər. TQDK rəsmisi kolleclərə qəbul imtahanında iştirak edəcək şagirdlərə də xəbərdarlıq edib.

İmtahanla bağlı tədbiq edilmiş xüsusi qadağala da diqqət yetirmək lazımdır. Abituriyentlərin telefon, konspekt , çanta, bir sözlə istənilən yardımçı vasitələrin gətirilməsi, onların imtahanlardan kənarlaşdırılması ilə nəticələnəcək. sabah həm də əvvələlr orta məktəbi bitirmiş və atestat almamış şəxsələr üçündə buraxlış imtahanları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə