Milli mətbuatın140 illiyi ilə bağlı toplantı keçirilib

Milli mətbuatın140 illiyi ilə bağlı toplantı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Milli mətbuatın yaranmasının 140 illiyi və təhsil ocağının "Aqrar mütəxəssis" adlı qəzetinin 82 illiyi ilə bağlı toplantı keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, universitetin professor-müəllim, tələbə kollektivinin, şəhər ictimaiyyətinin və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda bildirilib ki, milli mətbuatın inkişafı, söz azadlığı indi ən yüksək mərhələyə çatıb. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bildirib ki, Ulu Öndərin Azərbaycan mətbuatına inamı və onları əsl güc kimi qiymətləndirməsi bu gün də vacib məsələ kimi diqqətdə saxlanır: "Bu gün jurnalistlərə pulsuz evlər verilir, ən ali mükafatlar təqdim olunur, ali qanunvericilik orqanında onlar layiqincə təmsil olunurlar. Əsası "Əkinçi" qəzeti ilə qoyulmuş milli mətbuatın keçdiyi yol hər bir insana qürur verir". İbrahim Cəfərov bildirib ki, bu il həm də universitetin "Aqrar mütəxəssis" qəzetinin də 82 yaşı tamam olur. Toplantıda bu qəzetin yaranması ideyasının da məhz "Əkinçi" ənənələrindən doğduğu xüsusi vurğulanıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə