ADU əməkdaşları Londonda

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən Klut İnstitutunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Təhsil və Biznes konfransında iştirak ediblər. Universitetdən SİA-ya verilən xəbərə görə, konfransda ADU-nun Təlimdə innovasiyalar kafedrasının baş müəllimi, Linqvodidaktika kafedrasının doktorantı Gülnarə Hacıyeva "The Challenges of Teaching Diplomatic Written Communication" (Diplomatik yazının tədrisində üzə çıxan çətinliklər), Xarici dillər kafedrasının baş müəllimi, Linqvodidaktika kafedrasının dissertantı Aynurə Əmirova "Cultural Issues in the Language Classroom Management" (Dilin tədrisi zamanı sinfin idarə olunmasında mədəniyyət məsələləri), həmin kafedranın müəllimləri, Ümumi dilçilik kafedrasının dissertantı Elvina Baxışova "The Difference Between the Semantic and Pragmatic Meaning" (Praqmatik və semantik məna arasındakı fərqlər) və Qrammatika kafedrasının dissertantı Röya Əzizova "Valency in a Verb-Centered Sentence-the Relation of a Verb with Its Actants and Circonctants" (Mərkəzində fel olan cümlədə valentlik-felin aktantları və sirkonstantları ilə əlaqəsi) mövzularında çıxış ediblər. Habelə onlar müxtəlif ölkələrdən olan professor və digər elm adamlarının mövzularının təqdimatında, eyni zamanda maraqlı və əhəmiyyətli elmi müzakirələrdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə