"Azərbaycan Dövlət Aqrar Universitetin professorları" adlı kitabın təqdimatı keçirilib. Nəşrin müəllifi ADAU-nun rektoru İbrahim Cəfərov, redaktoru isə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri Fuad Əliyevdir. SİA-nın bölgə müxbirinin xəbərinə görə, kitabda universitetin yarandığı tarixdən, 1929-cu ildən bəri ali təhsil ocağında çalışan alimlərin fəaliyyətindən bəhs olunub. Azərbaycanda aqrar sahənin inkişafı, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması və digər məlumatlar geniş şəkildə öz əksini tapıb. Kitabın ərsəyə gəlməsində universitetin arxiv materiallarından və digər mənbələrdən də istifadə edilib. Qeyd edək ki, nəşr rus və Azərbaycan dillərində ilkin olaraq 500 nüsxə ilə çap olunub.Tədbirdə çıxış edənlər bildirib ki, gələcəkdə kənd təsərrüfatı ensiklopediyasının hazırlanmasında bu kitabdan əsas baza kimi istifadə etmək mümkün olacaq. Tədbirdə şəhər ictimaiyyəti ilə yanaşı, vaxtilə aqrar universitetdə çalışan professorların ailə üzvləri və yaxınları da iştirak ediblər.
İlham Məmmədzadə


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB