Belə ki, universitetin Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə bugünlərdə Türkiyənin Orta Doğu Texniki Universitetində (OTDÜ) "Celebrating Diversity" adlı beynəlxalq konfransda iştirak edib. Universitetdən SİA-ya verilən xəbərə görə, dünyanın 22 ölkəsindən gəlmiş nümayəndələrin iştirak etdiyi konfransda mədəniyyətlərarası münasibətlər, ingilis dili tədrisinin müxtəlif sahələri, linqvistikanın nəzəri və praktiki problemləri, müəllim hazırlıqları məsələləri, tələbə-müəllim münasibətləri, ingilis dilinin istifadəsində müxtəlifliklər, qiymətləndirmə, materialların hazırlanması və seçilməsi kimi bir sıra gündəmdə olan məsələlər müzakirə olunub.
"ELT –Conversion" ( English Language Teachers) ilə əlaqədar konfransda ADU-nun professoru Gülnar Hüseynzadə "XXI əsrdə mədəniyyətlərarası təhsilin problem və çətinlikləri" mövzusunda çıxış edib. Müzakirələrlə davam edən mövzu konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB