TQDK əməkdaşları beynəlxalq konfransda

TQDK əməkdaşları beynəlxalq konfransda

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdirləri Afiqə Batıyeva, Natiq Əliyev, sektor müdiri Xədicə Əzimova Bolqarıstanın paytaxtı Sofiyada "Təhsilin inkişafının ümumdünya trendləri və akademik tədqiqatlar" mövzusunda beynəlxalq konfransda iştirak ediblər. TQDK-dan SİA-ya verilən xəbərə görə, konfransda Kanada, Çin, Bolqarıstan, Şotlandiya, Rusiya Federasiyası və Qazaxıstanın nümayəndələrinin orta və ali təhsil ilə bağlı müxtəlif mövzularda məruzələri dinlənilib, təşkil olunan "dəyirmi masa"larda geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə A.Batıyeva "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yoxlama-ölçmə materiallarının işlənməsinin və dərsliklərin monitorinqinin aparılmasının inkişaf dinamikası" mövzusunda çıxış edib.

Səfər çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov TQDK-nın əməkdaşları ilə səfirlikdə görüşüb. Görüşdə TQDK-nın fəaliyyəti barədə geniş məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə