İyunun 18-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-ya gələn tələbələrə mühazirə oxudu. Universitetdən SİA-ya verilən xəbərə görə, Azərbaycanın ildən-ilə gözəlləşdiyini, müasirləşdiyini amerikalı tələbələrin diqqətinə çatdıran rektor Səməd Seyidov onlara hazırda ölkəmizdə keçirilən İlk Avropa Oyunları haqqında danışdı. Bir sıra beynəlxalq layihələrdə, eləcə də Azərbaycanın apardığı daxili və xarici siyasətdə qazandığı uğurlardan söz açan rektor ölkəmizdə keçirilən İlk Avropa Oyunlarının öz möhtəşəmliyi ilə hər kəsin diqqətini çəkdiyini vurğuladı.
Professor Səməd Seyidov mühazirəsində Azərbaycan haqqında tələbələrə geniş məlumat verdi. Rektor onlara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında danışdı.
Sonda rektor Səməd Seyidov amerikalı tələbələri maraqlandıran sualları cavablandırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB