Cəzaçəkmə müəssisələrində imtahan keçirilib

Cəzaçəkmə müəssisələrində imtahan keçirilib

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada ilk buraxılış imtahanları keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, həmin gün, eyni zamanda, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyindəki 1, 2, 7, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində də buraxılış imtahanları keçirilib.

Həmin müəssisələrdə fəaliyyət göstərən 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərində təhsil alan 9 və 12-ci sinif şagirdləri (156 nəfər ) ümumi qaydada imtahan veriblər. Şagirdlərdən 16-sı buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fəndən "4" və "5" qiyməti alıblar

Bütün xəbərlər Facebook səhifəmizdə