TQDK sədri qəbul keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Yardımlı şəhərində vətəndaşları qəbul edəcək. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayon sakinləri iştirak edəcəklər.

Qəbul Yardımlı şəhərində iyunun 19-da saat 12-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara rayon təhsil şöbələrinə, eləcədə TQDK-nın Lənkəran Regional Bölməsinə müraciətə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə