"Kolleclər ali təhsil müəssisələrinə birləşdiriləcək" AÇIQLAMA

"Kolleclər ali təhsil müəssisələrinə birləşdiriləcək" AÇIQLAMA

"İlkin olaraq Azərbaycan Maliyyə-İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə birləşdirilməsi təklifi var. Sonra isə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ilə Azərbaycan Texniki Universiteti birləşdirilə bilər". SİA-nın xəbərinə görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

Təhsil naziri qeyd edib ki, bu proses tədricən həyata keçiriləcək: "Buraya bir neçə kolleclər aiddir. Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ili üçün bir neçə kollecə dair müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim olunub ki, hazırda aidiyyəti qurumlarla razılaşdırma gedir. Orta ixtisas təhsil müəssisələrinə nisbətən ali təhsil müəssisələrində müasir boloniya prosesinin tələblərinə keçid daha tez sürətlə gedir. Bu kimi yenilikləri tətbiq etməklə prosesi daha da gücləndirmək niyyətindəyik. Atılan bütün addımlar orta ixtisas təhsil pilləsində tələbələrə verilən təhsil səviyyəsinin yüksəldilməsinə və müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsinə xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə