Nəticələr elan olundu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə