Avropada təhsil almaq istəyən tələbələr üçün iyunun 6-da Macarıstanın ən məşhur, qədim və nüfuzlu universitetlərinin təqdimatı keçiriləcək. Təqdimat "ETS Education" şirkətinin təşkilatçılığı ilə akademik Həsən Əliyev küçəsi, 36 ünvanında, 1 nömrəli "ASAN xidmət"in dördüncü mərtəbəsindəki təlim otağında saat 15:00-da başlayacaq.
Həmin təqdimatda Macarıstanın İnternational Business School universiteti, Debrecen Universiteti, ELTE Universiteti, SZİU Universiteti, Peç Universiteti və digər universitetlər barədə, o cümlədən Macarıstandakı xidmətlərimiz barədə ətraflı məlumat veriləcək.
Təqdimat zamanı adıçəkilən universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompyuter mühəndisliyi, tikinti və inşaat mühəndisliyi, memarlıq, insan resursları menecmenti, tibb, müalicə işi, intensiv ingilis dili kursları və yay məktəbləri barədə məlumatlar dinləyicilərin nəzərinə çatdırılacaq.
Maraqlananlar bu təqdimatda iştirak edə bilərlər. Bunun üçün ad və soyadlarını (012) 480-20-00 nömrəli telefona zəng etməklə və ya [email protected] elektron poçtuna təqdimatda iştirak etmək istəyini yazmaqla qeydiyyatdan keçmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB