Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Məzun günü" keçirilib. SİA-nın məlumatına görə, ilk öncə mayın 19-da Binəqədi rayonunda yerləşən yaşayış binasında faciəvi şəkildə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Akademiya Rektoru, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər. Akademiya rektoru, professor Hüseyn Qaraşov məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor dövlət başçısının bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışıb. Rektor məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər, vətənimizin və universitetimizin adını daim uca tutmağı arzu edib.
Sonra tədbirdə valdeynlər çıxış edərək universitet kollektivinə öz təşəkkürlərini bildiriblər. Daha sonra, AƏSMA-nın fəxri məzunu Taleh Rzayev çıxış edərək tələbəlik xatirələrini məzunlara bölüşüb, akademiyanın əldə etdiyi nailiyyətlərdən danışıb.
Tədbirdə dörd il ərzində təhsildə yüksək nailiyyətlər və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara "Fəxri Fərman"lar təqdim olunub. Çıxış edən Məzunlar akademiyada yaradılmış şəraitə, şəffaf təhsil sisteminə görə akademiya rəhbərliyinə öz təşəkkürləri bildirmişlər. Sonra məzunların ənənəvi "papaq atma" mərasimi keçirilib.
Qeyd edək ki, 2014-2015-ci tədris ilində Akademiya 149 bakalavr bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB