Polşanın baş nazir müavininin xanımı ADU-da FOTO

Polşanın baş nazir müavininin xanımı ADU-da FOTO

İyunun 2-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Polşanın baş nazir müavininin xanımı Halina Pexoçinskanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Universitetdən SİA-ya verilən xəbərə görə, qonaqları salamlayan rektor Səməd Seyidov onları Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu dilə gətirib. Azərbaycan-Polşa arasında olan iqtisadi, siyasi əlaqələrdən danışan rektor iki ölkə arasında, eyni zamanda təhsil sahəsində də uğurlu əməkdaşlığın olduğunu bildirdi. Rəhbərlik etdiyi təhsil ocağı haqda danışan Səməd Seyidov universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisasların mövcud olduğunu bildirdi. ADU-nun beynəlxalq əlaqələrindən söhbət açan rektor Səməd Seyidov universitetdə 22-ə yaxın dilin tədris olunduğunu dedi, həmçinin müxtəlif dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini sözlərinə əlavə etdi. O, eyni zamanda universitetdə polyak dilinin tədris olduğunu və tələbələrin bu dilə maraq göstərdiklərini də vurğuladı. Bir çox ölkələrin universitetləri ilə olan əməkdaşlıqdan söz açan rektor Səməd Seyidov universitetdə təhsil alan tələbələrin təhsillərini müxtəlif ölkələrin öndə gedən ali təhsil müəssisələrində davam etdirdiklərini də qeyd etdi.

Səmimi qəbula görə təşəkkür edən qonaq ADU-da olmaqdan məmnun olduğunu dilə gətirdi. Universitetdə polyak dilinin tədrsini yüksək qiymətləndirən xanım Halina Pexoçinska ADU-da təhsil alan tələbələrin Polşa universitetlərində öz təhsillərini davam etdirə bilmə imkanlarından danışdı. Polşa universitetlərində təhsil almaq istəyən tələbələr üçün təqaüd ayrılacağından söz açan Halina Pexoçinska Polşa universitetləri ilə ADU arasında olan əlaqələrin gələcəkdə davamlı olacağına və inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi ətrafında müzakirələr aparıldı.

Qeyd edək ki, görüşdə Polşa Respublikasının Azərbaycandakı səfirinin xanımı Malqojata Oldakovska-Tsalka, Polşanın Varşava Universiteti çərçivəsində əcnəbi tələbələrin Polşada təhsil alamq üçün dil hazırlıqlarına cavabdeh olan Polonicum Mərkəzinin direktoru, cənab Andjey Jeneviç və Polşanın Lodz Politexnik Universitetinin Tədris işləri üzrə prorektoru Slavomir Vak da iştirak edirdi.

Onu da qeyd edək ki, qonaqlar görüşdən sonra universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə tanış oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə