“1 şagird : 1 kompyuter” layihəsi çərçivəsində seminar keçirilib FOTOLAR-YENİLƏNİB
Bu gün Təhsil Nazirliyi və "İntel" korporasiyasının təşkilatçılığı ilə "1 şagird : 1 kompyuter" layihəsi çərçivəsində seminar keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, ümumtəhsil məktəblərinin rəhbərləri, "İntel" korporasiyasının, "İnspiring Knowledge" şirkətinin nümayəndələri iştirak ediblər.
Seminarda elektron təhsilin əhəmiyyəti və "1 şagird: 1 kompyuter" layihəsinin tətbiqi, layihəni tətbiq edən ölkələr və bu ölkələr üzrə ən yaxşı təcrübələr, eyni zamanda Azərbaycanda bu modelin tətbiq olunmasına dair növbəti addımlar üzrə mövzular müzakirə olunub.
Seminarda çıxış edən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə məlumat verərək qeyd edib ki, tədrisin keyfiyyətinin artırılmasında yeni avadanlıqların rolu olduqca böyükdür.
Daha sonra çıxış edənlər müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kurikuluma uyğun rəqəmsal məzmunun yaradılması, İKT infrastrukturu və digər məsələlər barədə danışıblar. Seminar mövzu ətrafında müzakirələrlə başa çatıb.
Qeyd edək ki, seminar "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strartegiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq təşkil edilib. Artıq bir neçə ildir "1 şagird: 1 kompyuter" layihəsinin tətbiqi üzərində müvafiq işlər aparılır və 2015-ci ildən etibarən layihənin daha da genişləndirilməsi nəzərdə tutulub.


İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB