“1 şagird : 1 kompyuter” layihəsi çərçivəsində seminar keçirilir YENİLƏNƏCƏK

“1 şagird : 1 kompyuter” layihəsi çərçivəsində seminar keçirilir YENİLƏNƏCƏK

Bu gün Təhsil Nazirliyi və "İntel" korporasiyasının təşkilatçılığı ilə "1 şagird : 1 kompyuter" layihəsi çərçivəsində seminar keçirilir. SİA-nın məlumatına görə, seminarda "İntel" korporasiyasının nümayəndələri Robert Fogel, Maka Makhatadze, JP – İnspiring Knowledge şirkətinin nümayəndəsi Jeronimo Silva və Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev iştirak edirlər. Seminarda e-təhsilin əhəmiyyəti və "1 şagird: 1 kompyuter" layihəsinin tətbiqi, layihəni tətbiq edən ölkələr və bu ölkələr üzrə ən yaxşı təcrübələr, eyni zamanda Azərbaycanda bu modelin tətbiq olunmasına dair növbəti addımlar üzrə mövzuların müzakirə olunacağı gözlənilir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə