Dərslik hazırlamaq istəyənlər üçün təlimlər keçiriləcək

Dərslik hazırlamaq istəyənlər üçün təlimlər keçiriləcək

Azərbaycan Təhsil Nazirliyi dərslik hazırlamaq və qiymətləndirmək istəyənlər üçün təlimlər keçirəcək. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, Xəzər Universiteti nazirliyin sifarişi ilə ümumtəhsil pilləsində fənn kurikulumlarına uyğun dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlimdə iştirak etmək istəyənlər üçün müraciətlərin qəbulunu elan edir.

Təlimlər ictimai-humanitar fənlər, təbiət-riyaziyyat fənləri, incəsənət və texnologiya fənləri üzrə dərsliklərin hazırlanması və qiymətləndirilməsi istiqamətində 10 gün müddətində keçiriləcək.

Təlimlərin oktyabr-noyabr aylarında təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə