ADU-nin tələbəsi Çində əl işlərini nümayiş etdirib

ADU-nin tələbəsi Çində əl işlərini nümayiş etdirib

Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasının tələbəsi, hazırda Çin Xalq Respublikasının Uxan vilayətindəki Huazhong Pedaqoji Universitetində təhsil alan Ayan Kərimova həmin ali məktəbdə keçirilən mədəniyyət festivalında milli üslubda 20-dən çox əl işini nümayiş etdirib.

ADU-dan bildiriblər ki, 60-dan artıq ölkənin iştirak etdiyi festivalda Azərbaycandan olan digər tələbələr də ölkəmizi layiqincə təmsil ediblər.

Festivalda təqdim edilən, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin Dili və Mədəniyyəti mərkəzinin hazırladığı "İlham Əliyev – qədim xalqların dostluğunun müasir davamçısı" kitabı böyük marağa səbəb olub. Kitabın nüsxələri festival iştirakçılarına hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə