Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyev siyasi məktəbinin yetirməsi, uzun illər müxtəlif məsul vəzifələrdə işləmiş, LDU-nun valideynlər şurasının sədri Sərhad Məmmədovun 80 illik yubileyi qeyd olunub. Mərasimdə çıxış edən universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar Elm Xadimi, professor Asəf İsgəndərov Sərhad Məmmədovun respublikanın tanınmış ağsaqqallarından olduğunu bildirib.
LDU-un mətbuat və informasiya xidmətinin rəhbəri, yazıçı-jurnalist Etibar Əhədov Sərhad Məmmədovun həyat və fəaliyyəti barədə məruzə edib.
Qeyd olunub ki, S.Məmmədov Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini və Gərmətük qəsəbəsi üzrə nümayəndəsi kimi məsul vəzifələrdə işləyib. O, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf" nişanı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif edilib.
Çıxış edən Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev və başqaları Sərhad Məmmədovun Vətən və xalq qarşısında xidmətlərini yüksək qiymətləndiriblər.
S.Məmmədov əməyinə verilən qiymətə görə minnətdarlığını ifadə edərək, bundan sonra da rayonun və universitetin ictimai həyatında fəal iştirak edəcəyini bildirib.
Mərasimdə yubilyara fəxri fərman və qiymətli hədiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB