Azərbaycan Dillər Universitenin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi, hal-hazırda Çin Xalq Respublikasının Uxan vilayətinin Huazhong Pedaqoji Universitetində bir illik müddətində təhsil alan Ayan Kərimova həmin universitetdə keçirilən mədəniyyət festivalında milli üslubda 20-dən çox əl işlərini sərgiləyib. Universitetdən SİA-ya verilən xəbərə görə, 60-dan artıq ölkənin iştirak etdiyi festivalda Azərbaycanldan olan digər tələbələr də ölkəmizi layiqincə təmsil ediblər.
Festivalda, həmçinin təqdim olunan Milli məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin Dili və Mədəniyyəti mərkəzinin hazırladığı "İlham Əliyev – qədim xalqların dostluğunun müasir davamçısı" kitabı böyük marağa səbəb olmuşdur və festival iştirakçılarına hədiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB