Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Həyat Bilgisi və Maliyyə Savadlılığı", "Bu Günün Qənaəti Sabahın Təminatıdır" adlı respublika müsabiqələri üzrə qaliblərin təltif edilməsi mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Təhsil nazirinin müavini Ceyhun Bayramov, Mərkəzi bankın sektor müdürləri və qalib müəllimlər, şagirdlər iştirak ediblər.
Çıxış edən Təhsil nazirinin müavini Ceyhun Bayramov qalibləri təbrik edərək bu kimi tədbirlərin keçirilməsinin önəmli olduğunu söyləyib. Nazir müavini qeyd edib ki, qloballaşan dünyada insanın özünü təsdiq etməsi, müasir zaman tələblərinə cavab verməsi üçün praktiki bilik və səriştələrə yiyələnməsi ən əsas amildir: "Dövlətimizin əsas məqsədi hər şeydən öncə sağlam vətəndaş hazırlamaqdır. Eyni zamanda istedadlı uşaqların erkən yaşdan müəyyən olunması və onların qayğı ilə əhatə edilməsi birbaşa elm və təhsilimizi inkişaf etdirən, kadr potensialımızı artırmağa zəmin yaradan istiqamətlərdəndir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl dünya təcrübəsinə əsaslanan təhsil islahatları həyata keçirilməyə başlandı ki, məhz o islahatların nəticəsi olaraq bu gün Azərbaycan təhsili bir çox ölkələrə nümunə göstəriləcək müstəviyə yüksəlib.2013-cü il tarixində Cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" adlı Sərəncam imzalandı ki, bununla da bir təhsil sahəsində bir sıra uğurlara imza atıldı. Ümumi təhsildə əsas strateji hədəf isə səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmunu formalaşdırmaqdır. Yəni, məktəbi bitirən şagirdlər burada və yaxud digər ölkələrdə təhsilini davam etdirməklə yanaşı, özünün şəxsi keyfiyyətlərinə, əməkdaşlıq mədəniyyətinə sahib olmalıdır. İnanıram ki, burada əyləşən hər bir şagirdimiz bu keyfiyyətlərə malikdir".
Daha sonra çıxış edənlər belə müsabiqələrin keçirilməsini olduqca vacib hesab edərək, şagirdlərə, müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.
Sonda iştirakçılar müxtəlif mükafatlarla təltif ediliblər.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd şagird və müəllimlər tərəfindən maliyyə savadlılığı mövzusunda elektron təhsil resursları, pul yığımı və qənaətcilliklə bağlı qısametrajlı filmlərin hazırlanması və bu yolla onların maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır. Ümumilikdə müsabiqələrin I mərhələsində 223 iş təqdim olunub.






.jpg)
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB