Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) "Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik günü" adlı tədbir keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, İRK-nın Folklor mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi "mədəniyyətlərarası dialoq" ideyasına dəstək vermək, müxtəlif xalqların mədəniyyətlərinin yaxınlaşmasını, həmçinin, insanların mədəni maariflənməsini təmin etməkdir.
Tədbirdə ADU-nun rəhbər şəxsləri, professor-müəllim heyəti, tələbələr və müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, Mərdəkan 2 saylı Uşaq İnternat məktəbinin şagirdləri və müəllimləri iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov tədbir iştirakçılarının universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov başda olmaqla, rəhbərlik adından salamlayıb. Bu tədbirin universitetdə keçirilməsinin ənənə halı aldığını bildirən prorektor multikulturalizmin, mədəni müxtəlifliyin inkişafının təmin etmək üçün dövlət səviyyəsində, o cümlədən ADU-da xüsusi diqqət göstərildiyini vurğuladı. İRK-nın fəaliyyətindən danışan V. Əsgərov bugünkü tədbirin iştirakçılar tərəfindən bəyəniləcəyinə əminliyini ifadə edib.
Daha sonra tədbirdə iştirak edən İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Proyano Atiyanto, eyni zamanda Yaponiyanın Azərbaycandakı səfirliyinin I katibi Ko Obata çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər və tədbirin keçirilməsini xüsusi qiymətləndirərək bu ənənənin qorunub saxlanılmasını arzulayıblar.
Tədbirdə Azərbaycan "Odlar Yurdu", Amerika Birləşmiş Ştatları "Cowboy", Çin "Lion", Türkiyə "Qaradəniz", Yaponiya "Geisha", Rusiya "Moryaçka", Britaniya-İrlandiya və Hindistan milli rəqslərinin nümayişi, İndoneziya "Angklung" musiqi alətində çıxışlarla, İspaniya ispan dilində mahnı, Avstriya "Komissar" obrazının, Fransa tələbələrin poppuri ifa etməsi ilə təmsil olunublar.
Tədbirdə, həmçinin, Azərbaycan, Türkiyə, ABŞ, Britaniya, İspaniya, Ərəbistan, Çin, Hindistan, Rusiya, Yaponiya, Koreya mədəniyyətinin əks olunduğu təqdimatlar, həmçinin, həmin ölkələrin milli mətbəxlərindən nümunələr nümayiş edilib.
"Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik günü" adlı tədbirə Bakı Amerika Mərkəzinin danışıq klubları məktəblilərinin ifasında "We Are the World" mahnısı ilə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB