Təhsil Nazirliyində bununla bağlı qaydalar təsdiq edilib. Qurumun tətbiq etdiyi digər bir yeniliyə görə isə, məktəblərin bütün dərs yükləri də nəzarətdə saxlanılacaq. Bütün bunlar isə müəllimlərin işə qəbulu zamanı şəffaflığın daha da artırılmasına xidmət edəcək.
Ölkənin bəzi regionlarında , təhsil şöbələri tərəfindən müəllim vakansiyalarının gizlədilməsi, yəni elan edilməməsi halları müşahidə olunur. Bu isə müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulla bağlı şəfafflığa neqativ təsir edir.
Məsələ Təhsil Nazirliyini hərəkətə keçirib. Qurum bununla bağlı xüsusi qaydaların tədbiqinə başlayıb. Bundan sonra vakant müəllimlərin yerlərini gizlətmək mümkün olmayacaq. Təhsil nazirliyi ölkə üzrə bütün məktəblərin dərs yüklərinin bazasını da yaradıb. Bununla qurum təhsil ocaqları tərəfindən elan olunan vakansiyaları daha səmərəli təhlil edə biləcək.
Yeri gəlmişkən müəllimlərin işə qəbulla bağlı növbəti imtahanın vaxtı da məlum olub. Ərizə qəbulu iyulun 1-dən 15-nə kimi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB