Bakalavrların nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına keçirilən müsabiqənin nəticələri ilə bağlı bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb.TQDK-dan SİA-ya verilən xəbərə görə, Apelyasiya komissiyası 14-15 may 2015 ci il tarixlərində saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə