Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində Bakıda səfərdə olan Azərbaycanın Dostları Assambleyasının – AFAZ-ın sədri Ceyms Patrik Moran universitetin tələbə və müəllim heyəti, eyni zamanda müxtəlif ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb. ADU-dan SİA-ya verilən xəbərə görə, giriş sözü ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov qonağı salamlayaraq onu Azərbaycanda və ADU-da görməkdən məmnun olduğunu dilə gətirib. Qonağı iştirakçılara təqdim edən rektor onun sabiq ABŞ nümayəndələr palatasının üzvü olduğunu sözlərinə əlavə edib. Universitetin İnformasiya Resurs Kompleksində fəaliyyət göstərən Amerika mərkəzi haqqında danışan rektor, professor Səməd Seyidov mərkəzdən, nəinki ADU-nun tələbə və müəllimlərinin istifadə etdiyini, eyni zamanda digər universitetlərin nümayəndələrinin də bu mərkəzdən yararlandıqlarını sözlərinə əlavə edib. Rektor Səməd Seyidov mərkəzdə müxtəlif kitabların, disklərin və digər lazımi materialların olduğunu vurğulayıb. Hər il universitetdə amerikalı tələbələrin Azərbaycan dilini öyrənməsi üçün Yay məktəbinin təşkil olunduğunu bildirən rektor onların Azərbaycan dilini öyrənərək ölkənin müxtəlif regionlarına səyahət etdiklərini vurğulayıb. Rektor Səməd Seyidov Amerika Birləşmiş Ştatlarından mərkəzə çoxlu sayda qonaqların gəldiyini və onların universitet tələbələri ilə görüşdüklərini bildirib.
Azərbaycanın Dostları Assambleyasının – AFAZ-ın sədri Ceyms Patrik Moran səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkür edib. O, Azərbaycana bir neçə dəfə gəldiyini iştirakçıların diqqətinə çatdırıb və Bakının müasir görkəminə heyran qaldığını bildirdi. Ceyms Patrik Moran iştirakçıların suallarını cavablandırmaqdan məmnun olacağını sözlərinə əlavə edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Ceyms Patrik Moran 16 may 1945-ci ildə ABŞ-ın Nyu-York şəhərinin Buffalo qəsəbəsində dünyaya gəlib.. Bakalavr təhsilini 1968-ci ildə ABŞ-ın Nyu-York Universitetinin İqtisadiyyat fakültəsini bitirib, magistr təhsilini isə 1970-ci ildə Pitsburq Universitetinin İdarəetmə fakültəsində başa çatdırıb. Sabiq ABŞ nümayəndələr palatasının üzvü Ceyms Patrik Moran Vircinya ştatının 8-ci dairəsindən seçilərək 1991-2015-ci illər ərzində fəaliyyət göstərib. Sabiq konqresmen C.P. Moran 1985-1990-cı illər ərzində Vircinyanın Alexandria dairəsinin meri kimi fəaliyyət göstərib. Ceyms Patrik Moran siyasi fəaliyyəti zamanı əsasən sosial məsələlər, ətraf-mühitin qorunması, iqtisadiyyat məsələləri və müdafiə sahəsində bir sıra qanunların qəbul olunmasında fəal iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB