Bakıda şagirdlər üçün buraxılış imtahanı keçiriləcək

Bakıda şagirdlər üçün buraxılış imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üzrə Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün iyunun 2-də mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirəcək.

TQDK-dan bildiriblər ki, imtahanın keçirilməsi üçün 79 bina ayrılıb. Bakı şəhəri üzrə 55 min 897 nəfər şagirdin (IX sinif üzrə 31 min 489 nəfər və XI sinif üzrə 24 min 408 nəfər) buraxılış imtahanında iştirak etməsi nəzərdə tutulur. 480 nəfər şagird (IX sinif üzrə 245 nəfər və XI sinif üzrə 235 nəfər) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə