Təhsil naziri Ağsuda vətəndaşları qəbul edib

Təhsil naziri Ağsuda vətəndaşları qəbul edib

Mayın 12-də təhsil naziri Mikayıl Cabbarov Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində vətəndaşları qəbul edib. Təhsil Nazirliyindən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşların müraciətləri dinlənilib. Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə