Bu ixtisaslar ürzə ballar artırıldı

Bu ixtisaslar ürzə ballar artırıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə bəzi ixtisaslar ürzə keçid balını açıqlayıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib:

• Geologiya-300 bal;

• Kompyuter elmləri-300 bal;

• Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi-250 bal;

• İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal;

• İnşaat mühəndisliyi-250 bal;

• Nəqliyyat tikintisi mühəndisliyi-250 bal.

Bütün xəbərlər Facebook səhifəmizdə