2 gün qaldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti SAT imtahanını 2015-ci il iyun 6-da keçirəcək. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı may ayının 9-u saat 09:00-da başa çatacaq. TQDK-dan SİA-ya verilən xəbərə görə, qeydiyyatdan keçmək istəyənlər üçün ətraflı məlumatı əhatə edən link: http://tqdk.gov.az/en/international-partnerships/sat/

Qeyd edək ki, SAT (Scholastic Aptitude Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahana iki milyondan artıq məktəb məzunu daxil olur. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə