Mayın 7-də Azərbaycan Dillər Universitetində universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tələbələr arasında keçirilən "Tərcümə və İnşa" yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.ADU-dan SİA-ya verilən xəbərə görə, ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev qalib olan müəllim və tələbələri təbirk edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. O, tələbələrin universiteti daima layiqincə təmsil etdiklərini vurğulayıb.
Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş İngilis dilinin qrammatikası kafedrasının təşkilatçılığı ilə keçirilən "English Grammar cup" ( İngilis dilinin qrammatikası kuboku) adlı olimpiadanın, İngilis dilinin leksikologiyası kafedrasının təşkilatçılığı ilə keçirilən "Esse" müsabiqəsinin və Tərcümə fakültəsinin təşkilatçılığı ilə keçirilən "Ardıcıl tərcümə" müsabiqəsinin qalibləri mükafatladırılıb.
Mükafatlandırma mərasimində universitetin 10 müəllimi Müəllim Həmkarlar İttifaqı Komitəsi tərəfindən pul və 18 tələbəsi Tələbə Həmkarlar Təşkilatı tərəfindən pul və kitabla mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB