Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilir

Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilir

Bu gün Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşkilatçılığı ilə Azərbaycan - Vyetnam Dostluq Forumu keçirilir. SİA-nın xəbərinə görə,, Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkələr arasında dostluq munasibətindən danışıb.

Nazirin sözlərinə görə, 2 il bundan əvvəl Vyetnamda açılan səfirliyimiz ölkələr arasındakı dostluq münasibətlərinin dərinləşməsinə səbəb olub: "Bugünkü tədbirdə iki ölkə arasında olan enerji və təhsil məsələləri müzakirə olunacaq".

Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Ngo Due Manh isə çıxışında forumun tarixi bir hadisə olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycan və Vyetnam arasında əməkdaşlıq potensialları çox genişdir.

Tədbir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə