Təhsil Naziri: “Təqaüdün ödənilməsi mexanizmi dəyişdirilir” AÇIQLAMA
"Təhsil Nazirliyi tərəfindən ali təhsil sistemində dövlət sifarişi əsasında oxuyan tələbələr üçün təqaüdün ödənilməsi sisteminin dəyişdirilməsini təklif edən yeni mexanizm hazırlanıb". Bu sözləri təhsil naziri Mikayıl Cabbarov bu gün Caspian European Club çərçivəsində keçirilən biznes-forum zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
O qeyd edib ki, təhsilin qiymətləndirilməsi prosesində müəyyən boşluqlar var: "Təqaüdlərin verilməsi prosesində rəqabət yaradılmalıdır. Biz keçirdiyimiz biliyin ölçülməsi prosesində 4 il ərzində tələbəyə dövlət tərəfindən təqaüdün verilməsi barədə qərar veririk. Ancaq bu mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə mənfi təsir edən məsələlər var. Təhsil prosesi rəqabət əsasında olmalıdır. Belə olduğu təqdirdə daha yüksək nəticələr əldə olunacaq".
Təhsil naziri qeyd edib ki, yeni mexanizmlərlə tələbənin təqaüdü ilə təhsil haqqı arasında fərq yaradılacaq. Tələbənin il boyu göstərdiyi akademik göstəricisinə əsasə təqaüd tətbiq ediləcək: "Yeni mexanizmə uyğun olaraq, tələbə üçün dövlət tərəfindən ödənilən təhsil haqqı ilə təqaüd fərqləndiriləcək. Yeni mexanizmə əsasən, tələbə dövlət tərəfindən təhsil haqqının ödənilməsi hüququnu əldə etsə də, onun hər ay təqaüd alıb-almamasını təhsil prosesi, akademik nailiyyətləri göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB