Mikayıl Cabarov: “Layihənin razılaşdırma prosesi davam edir” AÇIQLAMA

Mikayıl Cabarov: “Layihənin razılaşdırma prosesi davam edir” AÇIQLAMA

"Dünya Bankının Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı hazırladığı layihə Təhsil Nazirliyi tərəfindən də işlənilərək artıq hökumətə təqdim olunub". Bu sözləri təhsil naziri Mikayıl Cabbarov bu gün Caspian European Club çərçivəsində keçirilən biznes-forum zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, ali təhsilin inkişafı ilə bağlı layihənin razılaşdırma prosesi gedir. Təhsilin inkişafı strategiyası ilə bağlı işlər isə sürətlə davam etdirilir. Yeni məktəblər tikilərək istifadəyə verilir: "Bu il ərzində Təhsil Nazirliyi tərəfindən ölkəmizdə 10-larla təhsil müəssisələrinin tikilməsi və istismara verilməsi nəzərdə tutulub. İlin əvvəlindən bir neçə kənd məktəbinin tikintisi başa çatdırılıb və istismara verilib. Analoji şəkildə müxtəlif icra strukturları tərəfindən də aidiyyatı üzrə işlər həyata keçirilir. Bakı şəhərində yeni məktəblərin tikilməsi prosesi davam edir. Planlaşdırılmış şəkildə nəzərdə tutduğumuz sürətlə hazırlıq işləri davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə