TQDK-nın sədri Oğuz şəhərində vətəndaşları qəbul edəcək

TQDK-nın sədri Oğuz şəhərində vətəndaşları qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Oğuz şəhərində vətəndaşları qəbul edəcək. Oğuz şəhərində keçiriləcək qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul mayın 15-də saat 12.00-da AFRA hoteldə (Oğuz şəhəri, 20 Yanvar küçəsi, 6) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan TQDK-nın internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya qurumun Şəki regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: 024 244 66 14) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları təhsil şöbələrinin rəhbərliyinə müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə