Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Heydər Əliyevin diplomatik irsi " mövzusunda elmi seminar keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı məsələlər seminarda müzakirə olunub. ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələr Çin və Azərbaycan arasında diplomatik əlaqələrin genişlənməsində Heydər Əliyevin rolu, Çin nümayəndələri ilə rəsmi görüşləri, diplomatik və ictimai tədbirlərdə çıxışlarından söz açıblar. Heydər Əliyevin Çin Xalq Respublikasına tarixi səfəri ilə təməli qoyulmuş ikitərəfli əməkdaşlığın nailiyyətləri haqqında məlumat veriblər.
Eyni zamanda, seminarda ADU-nun professoru Rafiq Abbasov tərəfindən hazırlanmış Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Heydər Əliyevin roluna həsr olunmuş "Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 10-cu ildönümü" və "Azərbaycan Prezidenti Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri" adlı kitablar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB