Bu gün Gülüstan Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdən öncə iştirakçılar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə öz işinə başlayıb.
Giriş sözü ilə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, Ulu Öndərin anadan olmasının ildönümünə həsr olunan inşa yazı müsabiqəsi artıq 9-cu dəfədir təşkil edilir: "Müsabiqə şagird və tələbələrin Dahi Liderlə bağlı fikir və duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. Ölkənin bütün bölgələrini əhatə edən bu inşa yazı müsabiqəsi Ulu Öndərin fəaliyyətinin müxtəlif sahələrini əhatə edir. Müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib. Respublika mərhələsinin iştirakçıları arasında 16 nəfər birinci yerə, 19 nəfər ikinci yerə, 22 nəfər üçüncü yerə layiq görülüb. 4-cü (həvəsləndirici) yer tutan 35 nəfər diplomla təltif olunub. 1-4-cü yerləri tutan 92 nəfərin inşa yazısı "Heydər Əliyev məktəblilərin gözü ilə" adlı kitabda çap edilib".
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib. O, müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsini, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onlarda dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini söyləyib.
Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Səttar Mehbalıyev da çıxış edərək müsabiqə qaliblərini təbrik ediblər.
Sonda müsabiqə qaliblərinə diplomlar, mükafat və və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ümumitəhsil məktəblərinin VIII-XI sinif və ilk peşə- ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas məktəblərinin tələbələri arasında təşkil olunan inşa yazı müsabiqəsi Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tuub.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB