Mikayıl Cabbarov: “Fiziki uşaqlar gələcəkdə inklüziv təhsillə əhatə olunacaq”

Mikayıl Cabbarov: “Fiziki uşaqlar gələcəkdə inklüziv təhsillə əhatə olunacaq”

"Bu ilin sentyabr ayından yuxarı siniflərin təmayülləşməsinin tədbiqi planlaşdırılır və bu proses bütün Azərbaycan məktəblərində tətbiq ediləcək". SİA xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda hazırlıq işləri gedir: "Hesab edirik ki, bu, bizim istedadlı gənclərin öz həyat yollarını seçərkən onlara daha keyfiyyətli təhsilin çatdırılması üçün zəruri olan amildir. Bundan başqa, Bakı şəhərinin 2 məktəbində ilk dəfə olaraq 2015-ci ilin sentyabrında inklüziv təhsilin tədbiqinə başlanılacaq. Bu gün ölkədə on minlərlə fiziki qüsurlara malik olan uşaqlar təhsil sistemindən kənarda qalır. Bu ildən başlayaraq, belə uşaqlar gələcəkdə inklüziv təhsillə əhatə olunacaq".

Nazir həmçinin bu ildən I siniflərə qəbulun elektron qeydiyyat vasitəsilə həyata keçirildiyini qeyd edib: "Bu, təhsil sistemində mühüm yeniliklərdən biridir: "Bu il başa çatan və gələcək üçün əhəmiyyəli olan layihələrdən biri də xaricdə təhsil proqramıdır ki, bu günə qədər 3 184 azərbaycanlı gənc bu proqram hesabına xaricdə təhsil almağa göndərilib".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə