"Təhsil Nazirliyinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra rayon təhsil şöbələrinin fəaliyyətində nöqsanlar aşkar edilib. Belə ki, şöbələrin bəzilərində bir neçə müəllim vakansiyalarının gizli saxlanılması və müsabiqəyə çıxarılmaması faktlarına rast gəlinib". SİA xəbər verir ki, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov Gülüstan Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Nazir aşkar olunan nöqsanlarla bağlı müvafiq aidiyyəti qurumlara məlumat verildiyini və bu prosesin bundan sonra da davamlı olacağını qeyd edib: "Ötən il Bakıda çalışan 32 min müəllim sınaq qiymətləndirilməsindən keçib. Mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqə nəticəsində keçən il 1692 nəfər müəllim işə qəbul edilib ki, onlardan 1405 nəfərinə həvəsləndirici tədbirlər tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz yüksəlib. Son illərdə ölkədə təhsil sahəsində həyata keçirilən işlər "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun aparılır və əsas işimiz təhsili bir qədər də modernləşdirilməkdir. Strategiyada 12 illik təhsil məzmununa keçilməsi və digər mühüm məsələlər yer alıb. Bundan başqa, müəllimlərin nüfuzunun artırılması istiqamətində də bir sıra vacib işlər görülüb. Müəllimlərin əmək haqqının artırılması ilə bağlı nazirlik müəyyən işlər görüb".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB