Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Ankara məktəbi" məktəb-liseyində laboratoriyalara paylanılan yeni avadanlıqlardan istifadə prosesi izlənilib. SİA xəbər verir ki, jurnalistlər litseyin kimya, fizika, biologiya fənni otaqlarında təlimləri izləyib, yeni cihazlardan müəllimlərin, eləcə də şagirdlərin necə istifadə etdiklərini müşahidə ediblər.
İlk olaraq kimya fənni üzrə təlim izlənilib. Təlim zamanı şagirdlərə bir neçə maddələrin tərkibi, insan həyatına faydaları, zərərləri haqqında məlumat verilərək, yeni cihazlar vasitəsilə əyani olaraq göstərilib. Bütün bunlar şagirdlərə böyük marağa səbəb olub. Onlar əslində gündəlik həyatlarında istifadə etdikləri maddələrin nə dərəcədə sağlmlıqlarına zərər verdiyinin canlı şahidi olublar. Daha sonra digər fənn otaqlarında da eyniylə həyata keçirilən proseslər izlənilib.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 50 ümumtəhsil məktəbə yeni avadanlıqlar paylanılıb ki, onlardan 31-i Bakı şəhəri, 9-u Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə məktəblərini əhatə edir. Məktəblərə 2 ədəd mobil araba, 16 ədəd Biochem və 16 ədəd Physio Labdiskləri, 2 ədəd İntel planşet verilib. Bu daşınan cihazlarla çox asanlıqla bir dərs otağından digər otağa keçid etmək mümkündür. Həmçinin cihazlar arasında elə əlaqə bir qurulub ki, məlumatı birinin digərinə ötürmə qabiliyyəti çox yüksəkdir. Ən vacib özəllik isə cihazların köməkliyi ilə 11 illik tədris sistemində şagirdlərin müəllimlər tərəfindən əldə etdikləri nəzəri bilikləri bir neçə sensor düymələr vasitəsilə real müşahidəyə çevirmələridir. Şagirdlər məhz nəzəriyyədə əldə etdikləri bilikləri praktikada həyata keçirməklə biliklərini daha da dolğunlaşdırmaq fürsəti ələd edəcəklər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB