Məktəblərdə iməcilik keçiriləcək

Məktəblərdə iməcilik keçiriləcək

Mayın 9-da Təhsil Nazirliyi tabeliyindəki təhsil müəssisələrində iməcilik keçiriləcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarov faşizm üzərində qələbənin 70 illiyi və Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində iməcilik keçirilməsi məqsədilə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinə ünvanlanmış telefonoqramma imzalayıb.

Müəllim, şagird və texniki işçilərin iştirakı ilə keçiriləcək iməciliklərdə təhsil müəssisələri ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq, təmizlik işlərinin görülməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə