Bu gün Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və İnformasiya şöbəsinin 15 illik yubileyi və şöbə tərəfindən hazırlanaraq 3 dildə çap edilən "Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında" kitablarının təqdimat mərasiminə həsr olunmuş tədbir keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli," Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, media kapitanları, KİV nümayəndələri və digərləri iştirak edir.
Tədbirdə universitetlə bağlı qısametrajlı film təqdim olunub.
Tədbiri açan universitetin rektoru , millət vəkili Abel Məhərrəmov 2000-ci ilin may ayından fəaliyyətə başlayan şöbənin işindən, bu illər ərzində əldə etdiyi uğurlardan, mətbuatla münasibətlərindən bəhs edib, universitetin 95, şöbənin isə 15 illik yubileyinə həs edilən "Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında" kitabından danışıb.
O bildirib ki, kitab universitetin son 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında hazırlanıb: "Maraqlı bölmələrdən ibarət olan topluda Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin universitetlə bağlı fərman və sərəncamları, rəsmi görüş və tədbirləri barədə məlumatlar və digər materiallar xronoloji ardıcıllıqla öz əksini tapıb".
Sonra Mətbuat və infomasiya şöbəsinin müdiri Pərvanə İbrahimova "15 illik şərəfli yol" adlı təqdimatla çıxış edib. O, şöbənin fəaliyyət istiqamətlərindən, əməkdaşlıq etdikləri media qurumları ilə münasibətlərindən, sosial şəbəkələrdə fəaliyyətindən, universitetin, fakültə, struktur, mərkəz və şöbənin saytlarından, onların idarə olunması xüsusiyyətlərindən, şöbə tərəfindən 3 dildə hazırlanan kitablardan, keçirtdikləri imüxtəlif səpkili tədbirlərdən, müsabiqələrdən və hər ilin sonunda aparılan mətbu monitorinqlərdən danışıb.
Tədbirin davamında P. İbrahimova 15 il ərzində fəaliyyətlərini diqqətdə saxlayan KİV rəhbərlərinə və jurnalistlərə, o cümlədən KİV ilə münasibətlərin daha da möhkəmləndirilməsində və BDU mətbuat və informasiya işinin yaxşılaşdırılmasındakı müstəsna xidmətlərinə görə, rektor Abel Məhərrəmova minnətdarlığını bildirərək "Mətbuat və informasiya şöbəsinin fəxri üzvü " xatirə mükafatını təqdim edib.
Tədbirdə Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və universitet-mətbuat münasibətlərindən, şöbənin uğurlu fəaliyyətindən danışıb və təqdim olunan kitabla bağlı maraqlı fikirlərini səsləndirib.
Tədbirin davamında çıxış edən Mətbuat Şurasının sədri BDU-nun fəliyyətini yüksək qiymətləndirib. Ə. Amaşov Şuranın diplomunu BDU-nun Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimovaya təqdim edib.
Daha sonra çıxış edən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov şöbənin fəaliyyətinə uğurlar arzu edib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında bildirib ki, bu gün informasiyasız yaşamaq mümkün deyil. Onun sözlərinə görə informasiya həyatımızın mühüm hissəsinə çevrilib. Şöbənin 15 illik fəaliyyətini yüksək qiymətləndirən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli BDU-ya gələcək fəaliyyətində uğurlar arzu edib.
Tədbirin sonunda BDU ilə əməkdaşlıq edən KİV nümayəndələri mükafatlandırılıblar. "Səs" İnformasiya Agentliyinin əməkdaşı da universitet tərəfindən mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB