Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxaql Universitetinin tələbələrinə xəbərimiz var.Belə ki, artıq onlar attestalarını geri götürə biləcəklər. bununla yanaşı, gələn il 1-ci siniflərə dərs deyəcək ibtidai sinif müəllimlərinə ixtisasartırma kursları keçirilir. Azərbaycan Beynəlxalq Universitetinin təhsili yarımçıq qalmış 5 min tələbəsinin attestatları geri qaytarılacaq.Bu prosesə isə gələn həftədən başlanılacaq.Bu barədə məlumatı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov verib. Onun sözlərinə görə, attestatların geri qaytarılması üçün tələbələr müəyyən prosedurlardan keçməlidirlər.
Mətbuat konfransında ''Sabah'' qrupları ilə bağlı yeniliklər də açıqlanıb. Belə ki, ''Sabah'' qrupuna imtahanlar 65 ixtisas üzrə keçiriləcək.Bu il həm də ilk dəfə olaraq, mədəniyyət və incəsənət ixtisası da imtahanlar siyahsındadır.
Nazirliyin təşəbbüslərindən biri də ''Təməl'' layihəsidir.İcrasına başanılan bu layihədə gələn il 1-ci sinifə gedəcək uşaqlara dərs deyəcək müəllimlərin ixtisası artırılır.Nəticədə kurs keçmiş müəllimlər uşaqların psixologiyasına, sinfi idarəetmə, ağıllı lövhə ilə iş və bir sıra bacarıqlara yiyələnəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB